Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqovun Azərbaycan millisinə cəlb ediləcəyi ilə bağlı iddialar var.
Sportal.az xəbər verir ki, Azərbaycanla bağlılığı olan futbolçunun yığma komandamıza cəlb edilib-edilməməsi maraqla gözlənilir.
Saytımıza verilən məlumata görə, Fernandu Santuş Sadıqovu hələ ki milliyə kömək edəcək gücdə olmadığını düşünür və buna görə də qarşıdakı toplanışlarda da İlyanın yığmamıza cəlb olunmayacaq. Amma portuqaliyalı mütəxəssis özü də onun barədə informasiyaya sahibdir.
Əlavə edək ki, 24 yaşlı forvardın atası Tufan Sadıqov “Ximki”nin əsas sponsorudur. İlya da bu komandanın formasını geyinir.
saytlarin hazirlanmasi