"Qalatasaray" Türkiyə Kuboku yarımfinal mərhələsinin "Konyaspor"la matçına ciddi itkilərlə çıxacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində 3 zədəli, 1 cəzalı futbolçu var.
Alvaro Morata, Elias Yelert və Kaah Ayhan zədəlidir. Barış ALper Yılmaz isə cəzalı durumdadır. Türk vinger 1/4 final mərhələsinin "Fənərbaxça" ilə oyununda (2:1) qırmızı vərəqə görüb. Adıçəkilən futbolçular komanda ilə birlikdə Konyaya aparılmayacaq.
Barış Alper 4 sarı vərəqə gördüyü üçün cəza səbəbindən Super Liqanın "Eyüpspor" səfər görüşündə də iştirak etməyəcək.
Qeyd edək ki, "Qalatasaray" sabah "Konyaspor"un, ayın 27-si isə "Eyüpspor"un qonağı olacaq.
saytlarin hazirlanmasi