"Mançester Siti" Portuqaliya millisi və "Porto"nun qapıçısını transfer etməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" Dioqo Koşta üçün danışıqlara başlayıb.
"Porto" 25 yaşlı qapıçı üçün 74 milyon avro tələb edir.
Koşta bu mövsüm bütün yarışlarda 41 matça çıxıb, 18 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.
Portuqaliyalı qolkiperin "Porto" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi