Vaqif Cavadovla Aqil Nəbiyev məşqçilik kursunda - FOTO

16:16 - 21 Aprel 2025

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.

Sportal.az xəbər verir ki, AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib.

Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.

Kursda Vaqif Cavadov, Aqil Nəbiyev, Rəşad Abdullayev, Fərid Namazov və digər mütəxəssislər iştirak edir.


Xəbər xətti