"Lids" və "Börnli" İngiltərə Premyer Liqasına yüksəlib.
Sportal.az xəbər verir ki, Çempionşipin 44-cü turunda bu gün "Lids" "Stok Siti"ni 6:0 hesabı ilə darmadağın edib. "Börnli" isə "Şeffild Yunayted" üzərində 2:1 hesablı qələbə qazanıb.
Hər iki komanda 94 xal toplayıb və turnir cədvəlində üçüncü pillədə olan "Şeffild Yunayted"i 8 xal qabaqlayır. Mövsümün sonuna iki tur qaldığından, bu nəticələr "Lids" və "Börnli"nin birbaşa İngiltərə Premyer Liqasına vəsiqə qazandığını təsdiqləyir. Yüksək Liqaya yüksələn 3-cü komandanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Lids" 2023-cü ildə, "Börnli" isə 2024-cü ildə Premyer Liqanı tərk etmişdi.
saytlarin hazirlanmasi