"River Pleyt"in istedadlı futbolçusu Franko Mastantuono Avropada oynaya bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" 17 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 45 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Franko Mastantuono "River Pleyt"in yetirməsidir. Argentina U-20 millisinin üzvü bu mövsüm Buenos Ayres təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi