Almaniya millisinin üzvü klubunu dəyişəcək

15:48 - 22 Aprel 2025

"Borussiya"nın futbolçusu Yulian Brandt Almaniyada komandasını dəyişəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi "Verder"lə danışıq aparacaq.

Bremen təmsilçisi Brandtla ilkin razılığa gəlib. Onun hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Almaniya millisinin üzvü 2019-cu ildə “Bayer”dən “Borussiya”ya keçib.

Xəbər xətti