Braziliyada son 10 ildə Avropa klublarında mövsümə görə ən yaxşı braziliyalı bombardirlərin siyahısı hazırlanıb.
Sportal.az “UOL” nəşrinə istinadən xəbər verir ki, Braziliyanın top-10 siyahıya “Qarabağ”ın sabiq hücumçusu, hazırda “Flamenqo”da çıxış edən Juninyo da daxil edilib. O, 2023/2024 mövsümündə 31 qol vuraraq onu 2015/2016 mövsümündə "Barselona"nın heyətində eyni sayda qol vuran Neymarla 4-cü yeri bölüşür.
“Qarabağ”ın keçmiş hücumçusu Artur Kabral (“Bazel” və “Fiorentina”, 2021/22, 29 qol), İqor Tiaqo (“Brügge”, 2023/24, 27), Reginaldo Ramires (“Auda”, “Riqa”, 2023/24,27) kimi futbolçuları qabaqlayıb.
Siyahıda birinci Jonasdır (“Benfika”). O, eyni anda ilk iki pilləni (2017/18 (37) və 2015/16 (36) özündə saxlayır. Maraqlıdır ki, onun rekordu bu mövsüm artıq 30 qolu olan "Barselona"nın futbolçusu Rafinya tərəfindən qırıla bilər.