İngiltərə millisinin sabiq üzvü aşağı liqa klubunu çalışdıracaq

18:48 - 22 Aprel 2025

İngiltərə millisinin veteran futbolçusu Cek Uilşer Çempionşip təmsilçisi "Norviç"lə anlaşıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Arsenal"ın sabiq üzvü bu postda Qlen Ridderşolmu əvəzləyib.

Uilşer ötən ilin oktyabrından etibarən "Norviç"də köməkçi məşqçsi vəzifəsində çalışırdı.

Bundan qabaq Uilşir "Arsenal"ın 18 yaşlılardan ibarət heyətinə rəhbərlik edirdi. 

Xəbər xətti