"Barselona" bu yay Xavi Simonsu heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi özü də, Kataloniya klubuna geri qayıtmaq niyyətindədir.
Simons 2019-cu ildə PSJ-yə keçməzdən əvvəl “Barselona”da oynayıb. 21 yaşlı futbolçu İngiltərə Premyer Liqasının da klublarının transfer siyahısında yer alıb.
"Leyptsiq” Simonsun mümkün satışından təxminən 75 milyon avro qazanmağa ümid edir. Xavinin Almaniya təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Simons “Barselona”nın yetirməsidir.