"Tottenhem"in baş məşqçisi komandada qalmayacaq

21:47 - 22 Aprel 2025

“Tottenhem”in hazırkı baş məşqçisi Ange Postekoqlu komandanın nəticələrindən asılı olmayaraq, cari mövsümün sonunda  vəzifəsini tərk edəcək.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi Avropa Liqasını qazansa belə, təcrübəli mütəxəssis postunda qalmayacaq.

Postekoqlu ilə yanaşı, “Tottenhem”in idman direktoru Skott Mann da klubdan gedəcək.

Bu klubu sabiq baş məşçiqlərdən birinin çalışdıracağı iddia olunur. Ange 2023-cü il iyulun 1-dən "Tottenhem"i çalışdırır. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, buna qədər "Seltik", "Yokohama Marines", "Melburn", "Panaxaiki" klublarını, həmçinin Avstraliya millisini çalışdırıb.

Xəbər xətti