"Neftçi" kubok matçına 5 itki ilə çıxacaq

23:22 - 22 Aprel 2025

“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa çatdırıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Qeyd edək ki, Rafael Quzzo, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə, Bassala Sambu isə cəza səbəbindən bu görüşü buraxacaqlar.

Sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

Xəbər xətti