Azərbaycan millisinin müdafiəçisi Polşadan ayrıla bilər – Onu istəyən klublar var

17:34 - 22 Aprel 2025

Milli komandamızın üzvü Rahil Məmmədov “Radomyak”dan ayrıla bilər.

Sportal.az saytına verilən məlumata görə, yığmamızın müdafiəçisi Radom təmsilçisinin heyətində gözlədiyi qədər şans tapmadığı üçün yayda başqa komandaya keçməyi dəyişməyi planlaşdırır.

Əslində, Rahilin xidmətində az klub maraqlı deyil. Onu istəyən kifayət qədər komandalar var. Polşa çempionatının yüksək liqasında yarışan bir neçə klub Rahilə bu yay rəsmi təklif göndərəcək. 
29 yaşlı futbolçunun Azərbaycana geri qayıdışı da baş tuta bilər. Yeni mövsümdən Misli Premyer Liqasında legioner limitinin tətbiq edilməməsinə baxmayarq, Məmmədovu heyətində görmək istəyən klublarımız var. 

Qeyd edək ki, Rahil yayda “LKS Lodz”dan ayrılaraq “Radomyak”a keçib. Onun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Müdafiəçi “Neftçi”, “Səbail”, “Qarabağ”, “Zirə”, “LKS Lodz” komandalarında oynayıb.

Xəbər xətti