"Mançester Siti" futbolçularının milli komandadakı çıxışlarına görə...

23:47 - 22 Aprel 2025

"Mançester Siti" futbolçularının milli komandadakı çıxışlarından ən çox gəlir əldə edən klub olub.

Sportal.az xəbər verir ki, UEFA 2020–2024-cü illəri əhatə edən klub güzəştləri proqramı üzrə maliyyə bölgüsünün nəticələrini açıqlayıb. Bu 4 illik dövrəyə 2020/21 və 2022/23 mövsümlərində keçirilən Millətlər Liqası, Avro-2024-ün seçmə mərhələləri və Avropa Çempionatının final mərhələsi daxildir:

Bu dövr ərzində UEFA milli komandaların oyunlarında iştirak edən futbolçulara görə klublara rekord 233 milyon avro məbləğində ödəniş edib. Bu vəsait 55 üzv ölkədən 901 klub arasında bölüşdürülüb.

Ən çox gəlir əldə edən klublar:

"Mançester Siti" – 5,17 milyon avro

"Real" – 4,79 milyon avro

"İnter" – 4,65 milyon avro

Xəbər xətti