Əvəzedicilər Liqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Doğma meydanda "Neftçi-2"ni qəbul edən "Qarabağ-2" 0:3 hesabı ilə məğlub olub.
Günün 2-ci matçında isə "Sabah-2" doğma meydanda "Səbail-2"ni 6:4 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 62 xalla "Neftçi-2" başçılıq edir. 61 xal toplayan "Sabah-2" ikinci, "Qarabağ-2" isə 50 xalla dördüncü pillədə qərarlaşıb.
Əvəzedicilər Liqası
31-ci tur
20 aprel
16:00 "Qarabağ-2" - "Neftçi-2" 0:3
Qollar: C.Şahbazlı,33, S.Ağayev,36, M.Məmmədli,47
17:00 "Sabah-2" - "Səbail-2" 6:4
Qollar: S.Ende,22, 90+3, Ş.İbrahimov,59, A.Qəribov,60, R.Nuraxmedov,65, 87, - R.Abasov,17(pen), B.Köçərli,37, Ö.Qurbanov,42, 45+2
saytlarin hazirlanmasi