I Liqa klubları cərimələndi

15:16 - 23 Aprel 2025

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Liqanın XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

17.04.2025-ci il tarixində I Liqada XXII turun “Baku Sporting” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);

17.04.2025-ci il tarixində I Liqada XXII turun “Cəbrayıl” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

17.04.2025-ci il tarixində I Liqada XXII turun “Difai” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilsin (maddə 73.1);

18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilsin (maddə 37);

18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda dəhlizdə, ev sahibi komandanın soyunub-geyinmə otağında “A buraxılışı” vəsiqəsindən istifadə etməyən şəxslər olduğuna görə MOİK klubu 50 manat cərimə edilsin (maddə 51.8);

18.04.2025-ci il tarixində I Liqada XXII turun MOİK – “Karvan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə MOİK komandası 80 manat cərimə edilsin (maddə 74.1);

18.04.2025-ci il tarixində I Liqada XXII turun “İmişli” – “Qəbələ” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);

18.04.2025-ci il tarixində I Liqada XXII turun “İmişli” – “Qəbələ” oyununda “Qəbələ” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilsin (maddə 37);

Xəbər xətti