AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXXI turunun oyunıarı ilə bağlı aşağıdağı qərarlar qəbul olunub:
19.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyununda “Sabah-2” komandası Əsasnamənin tələbini (maddə 3, bənd 20) pozduğuna görə 50 manat cərimə edilsin (maddə 70.1);
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 73 nömrəli futbolçusu Əli Abbasov rəqib komandanın ünvanına qıcıqlandırıcı və qeyri-etik hərəkət etdiyinə görə 2 oyun şərti olmaqla 3 oyun cəzalansın, “Sabah-2” komandası 200 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.1, 32);
20.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Sabah-2” – “Səbail-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının 71 nömrəli futbolçusu Bəhram Köçərli hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Səbail-2” komandası 300 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 43.3);
21.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Şamaxı-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Şamaxı-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1);
21.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXI turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 37).
saytlarin hazirlanmasi