"Barselona" rəhbərliyi əsas komandanın baş məşqçisi Hans Flikin işindən razıdır.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi alman mütəxəxsisin müqaviləsinin müddətini uzatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. 60 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Hans Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Kataloniya təmsilçisi La Liqada 33 turdan sonra liderdir. Komanda Çempionlar Liqasında yarımfinala, İspaniya Kubokunda isə finala yüksəlib.
saytlarin hazirlanmasi