Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edlib:
Misli Premyer Liqası XXXI tur
18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan” klubunun 29 nömrəli futbolçusu Vanderson Melo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə 36.5);
18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 51.2);
18.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilsin (maddə 52.2);
20.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Şamaxı” – “Kəpəz” oyununun 85-ci dəqiqəsində “Şamaxı” klubunun 12 nömrəli futbolçusu Maykl Tuik ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şamaxı” klubu 500 manat cərimə edilsin (maddə 36.5);
20.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXXI turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubu tərəfindən ehtiyat skamyaya dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 54);
saytlarin hazirlanmasi