"Benfika"dan Di Mariya ilə bağlı qərar

17:33 - 23 Aprel 2025

"Benfika" yayda klubla müqaviləsi başa çatan Anxel Di Mariya ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Portuqaliya klubu argentinalı vingerə yeni sözləşmə təklif etməyəcək. Bu barədə "Foot Mercato" məlumat yayıb.

37 yaşlı ön xətt oyunçusu mövsümün sonunda "Benfika"dan ayrılacaq və azad agent statusunda olacaq.

Qeyd edək ki, Anxel Di Mariya 2023-cü ilin yayından "Benfika"da çıxış edir. Təcrübəli futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti