"Araz-Naxçıvan"a ilk oyunda uduzmuşuq, vəziyyəti dəyişmək istəyirik"

13:23 - 23 Aprel 2025

"Qarabağ"ın legioneri Yassin Benzia Sportal.az saytına açıqlama verib.

Əlcəzairli futbolçu Misli Premyer Liqasının 31-ci turunda "Neftçi" üzərindəki qələbədən danışıb.

Bununla yanaşı, o, bu gün "Araz-Naxçıvan"a qarşı ölkə kubokunun yarımfinal görüşünün cavab matçındakı şanslarını da dəyərləndirib: 

"Neftçi" ilə görüşdə qalib gəldik. Yaxşı oyun alındı. Qalib gəldiyimiz üçün xoşbəxtik. Oyuna yaxşı fokuslanmışdıq. Fikrimcə, daha bir neçə qol vura bilərdik. Hər halda, bu nəticə də qalib gəldik. Çempionluğu rəsmiləşdirməyimiz qalıb. Növbəti turda çempionluğu rəsmiləşdirmək üçün oynayacağıq.

"Araz-Naxçıvan"a qarşı kubok görüşünə hazırlaşmışıq. Tam olaraq bu matça fokuslanmışıq. Yaxşı oyun olacağı dəqiqdir. Birinci matçda uduzmuşuq. Lakin vəziyyətdən dəyişmək istəyirik. Əlimizdən gələni edəcəyik. Uğurlu nəticə üçün çalışacağıq". 
 

Xəbər xətti