"Qarabağ" ikisi ilə razılaşdı, üçünü yola salır - SON DURUM

14:31 - 23 Aprel 2025

“Qarabağ” yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. Ağdamlılar öncə öz oyunçularının taleyini müəyyənləşdirəcək, daha sonra yeni transferlər üçün addımlar atılacaq.

Sportal.az  futbolinfo.az-a istinadən xəbər verir ki, çempion ilk öncə Yassin Benzia preblemini həll etməyə çalışır. Səudiyyə Ərəbistanı və Qətərdən cəlbedici təklifləri olan əlcəzairli çox yüksək maaş tələb etsə də, rəhbərlik onunla ortaq məxrəcə gəlməyi bacarıb. Baş məşqçi Qurban Qurbanovun qalmasını istədiyi və yeni mövqedə uğurla oynatdığı 30 yaşlı legioner yeni müqavilə üçün razılıq verib.

Onunla yanaşı, Patrik Andrade də tezliklə rəsmi sözləşməyə imza atacaq. 32 yaşlı yarımmüdafiəçi daha bir il “Qarabağ”da çıxış etmək niyyətindədir.
Qurbanov Redon Cica, Marko Veşoviç və Fabian Buntiçin yola salınmasını lazım bilib. Markonun anlaşması bitirsə, Cica qarşıdakı mövsümdə də “Qarabağ”da oynamalıdır. Ağdamlılar alban hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma ilə pozmağı düşünür. İki illik müqaviləsi qalan Buntiç isə ya icarəyə veriləcək, ya da uyğun qiymətə satılacaq.

Heyətdəki digər futbolçuların hamısı saxlanacaq. Bundan sonra isə transferlərə start veriləcək. Ağdamlılar hazırda bir neçə legonerlə fəal danışıqlar aparır və yeni avrokubok mövsümünədək heyəti formalaşdırmaq istəyir.
Baş məşqçi Qurban Qurbanovun əsas tələbi stopper, hücumçu və yarımmüdafiəçi alınmasıdır. Mümkün olarsa, daha bir qapıçı və sol cinah vingeri də transfer edilə bilər

Xəbər xətti