"Sabah" - "Neftçi": hansı futbolçular oynamayacaq?

12:49 - 23 Aprel 2025

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” və “Sabah” klubları üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, “Sabah” bu görüşə yalnız bir itki ilə çıxacaq.Amin Seydiyev zədəli olduğu üçün mövsümü erkən başa vurub.“Neftçi”də isə 5 itki meydana çıxa bilməyəcək.

Söhbət zədəli Rafael Quzza, Emil Səfərov, Robert Bauer və Renosuke Ohoridən gedir. Bassala Sambu isə cəzalı olduğu üçün “Sabah”a qarşı oynamayacaq.

Qeyd edək ki, Sabah” – “Neftçi” oyunu bu gün Masazırdakı “Bank Republika Arena” stadionunda keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Xəbər xətti