"Çelsi"ni "Mançester Yunayted"ə dəyişə bilər

20:59 - 23 Aprel 2025

"Çelsi"nin futbolçusu Kristofer Nkunku Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" fransalı hücumçunu transfer etəmk istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. London klubu 27 yaşlı forvard üçün 40 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu 2023-cü ilin yayında "Leypziq"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 42 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti