Samir Abasov: "Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram"

22:22 - 23 Aprel 2025

Bu gün Azərbaycan kubokunda "Neftçi" ilk oyunda uduzduğu "Sabah"la bu dəfə Masazırda üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Birinci dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər.

- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar "Neftçi"yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?

- Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Bu gün üzüldüyüm məqam var. yaxşı köklənmişdik matça. Birinci hissə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq....Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar onu anladı. Əfsuslar ki, sona kimi gətirə bilmədik. Sona qədər press edib, rəqibə imkan verməmək gücdə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbirdə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. Rəqibin əvəzetmələrindən sonra top saxladılar, canlandılar. Biz irəliyə atılmağa başladıq, boşluqlar verdik. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov gördük ki, bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-lik sona qədər davam edərdik. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlama istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik. Daim davamlı olaraq, birinci hissədəki oyunumuzu oynayacaq oyunçular...

- Bassalu Sambuya qırmızı verilməsəydi, "Neftçi" bu gün finalda olardı?

- Məncə, o qədər də aidiyyatı yoxdur. Hər mövqedə ümid etdiiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.

- "Qarabağ"la oyuna Darbo, Alekslə başlamışdız. Düşünmək olardı ki, "Sabah"la oyunun hazırlığı idi. Amma bu gün hücumda fərqli heyət gördük. Nədən irəli gəlirdi?

Dəyişilən bir şey yox idi. Ağadadaş Salyanskiy "Qarabağ"la matçda zədəli idi. Ağadadaş bu gün əsas hücumçumuza çevrilmişdi. Bu da səbəbi Darbonun qış toplanışını bizimlə keçməmisi idi. Fikirləşdik ki, ən azından Ağadadaş yoxdursa, Darbonu dəyişərdik. 

- Əvəzetmələri gec etdiniz. Ehtiyat qüvvəyə inamsızlıq idi?

- İlk hissədə göstərilən performans məni razı salırdı. Dəyişikliyə lüzum da yox idi. Təhlillərimizi onlarla etmişdik. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Kimsə oyundan düşdü. Emin Mahmudov 2-3 epizodda top itirdi. Yorğunçuluqdan irəli gəlirdi. Başqalarını dəyişmək istəyirdik, amma Sek, Ştoqrin əvəzetmə istədi. Sistemi dəyişdik. Qol vurmaq alınmadı. Meydana daxil olanlar effekt vermədi. Deyirdim kaş ki, əvvəlcədən oynayanlar sona qədər oynasınlar. Əfsuslar olsun ki, belə deyildi.

- "Neftçi" bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdüz. Futbolçuları qoruyursuz?

- Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.

- Faiz nisbətlə deyə bilərsiz, növbəti mövsüm "Neftçi" necə faiz dəyişməlidir ki, bu günkü birinci hissədəki oyunu göstərəsiz?

- Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir. Neçə faiz gedəcək, neçə faiz qalacaq...

- Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?

- Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Ən yaxşısı nədirsə, klub və oyun üçün onalr da əlindən gələni edir. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil. Zaman göstərəcək.

Mirbağırağa


Xəbər xətti