"Neftçi"ni finala çıxarmayan yubiley bərabərliyi

10:49 - 24 Aprel 2025

"Sabah"la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub.

Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb. “Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb.

Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib. Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.

Xəbər xətti