"Sabah" - "Neftçi" matçında rekord qeydə alındı

16:41 - 24 Aprel 2025

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” - “Neftçi” oyununda azarkeş rekordu qeydə alınıb.

Sportal.az xəbər verir ki, matçı 6600 tamaşaçı stadiondan izləyib ki, bu da ölkə kubokunun 2024/25-ci illər mövsümünün ən yüksək göstəricisidir.

Oyuna gələn tamaşaçılar arasında Azərbaycanla yanaşı, Polşa, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İndoneziya və Rusiya vətəndaşları da olub.

Xəbər xətti