Ceko ilə birlikdə o da "Fənərbaxça"dan ayrılacaq

17:16 - 24 Aprel 2025

"Fənərbaxça" mövsümün sonunda Edin Cekodan başqa daha bir aparıcı futbolçusu ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, Duşan Tadiç Super Liqa nəhəngini tərk edəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" sebiyalı vingerlə 30 iyun tarixində başa çatan müqavilənin müddətini uzatmayacaq. 36 yaşlı futbolçu sözləşməsi başa çatdıqdan sonra klubu tərk edəcək.

Qeyd edək ki, "Fənərbaxça" Duşan Tadiçi 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 13 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti