Futbolçunun həyat yoldaşı və oğlu qaçırıldı

17:34 - 24 Aprel 2025

Ekvadorun "Emelek" klubunda çıxış edən Cekson Rodriqesin ailə üzvləri qaçırılıb.

Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında ekvadorlu sol cinah müdafiəçisinin evinə hücum olub. Quldurlar 26 yaşlı futbolçunun həyat yoldaşını və oğlunu qaçırıblar.

Bundan başqa soyğunçular evdən bahalı zinət əşyaları, pul və digər ev alətlərini aparıblar. Ekvador polisi hadisə ilə bağlı araşdırma aparır.

Cekson Rodriqes özü hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Xəbər xətti