"Mançester Yunayted" növbəti mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Kristal Pelas"da çıxış edən Jan-Filip Matetanı transfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Yunayted" fransalı hücumçu üçün artıq onun klubu ilə danışıqlara start verib. "Qırmızı şeytanlar" 27 yaşlı forvardı yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Kristal Pelas" Jan-Filip Matetanı 2021-ci ilin yanvar ayında "Maynz"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi