"Mingəçevir"dən "Baku Sportinq"ə 4 cavabsız qol - VİDEO

20:53 - 24 Aprel 2025

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 23-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Mingəçevir" doğma meydanda "Baku Sportinq"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 25-ə yüksəldən "Mingəçevir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Baku Sportinq" isə 6-cı yerdədir.

"Mingəçevir" - "Baku Sportinq" 4:0
Qollar: 
T.Fərmanov, 5, N.Əliyev, 25, 46, A.Usman, 66

Xəbər xətti