"Barselona"nın qapıçısı Voyçex Şensnı siqaret çəkməyi tövsiyə etmir.
Sportal.az xəbər verir ki, xarici mətbuata verdiyi açıqlamada pis vərdişindən də söz açan polşalı qolkiper bunları qeyd edib:
"Oyunun elə məqamları var ki, məncə, bu baxımdan gənclərə və ümumiyyətlə, komanda yoldaşlarıma mükəmməl nümunə ola bilərəm. Amma, bəzi məqamlar var ki, onlara görə məni təqlid etmək lazım deyil. Bəzi şeylərdə mən nümunə deyiləm. Yenə də çalışıram ki, özümün daha yaxşı versiyası olum, komanda yoldaşlarıma və bizi izləyən uşaqlara yaxşı nümunə göstərim.
Siqaret çəkməyə gəlincə, xahiş edirəm, məni təkrarlamayın, bunu etməyin. Gənclik illərimdə bu pis vərdiş yaranıb və bunun mənə pis təsir etdiyini bilirəm. Bu, mənim uduzduğum bir döyüşdür. Ona görə də, məni təkrarlamayın."
saytlarin hazirlanmasi