"Fənərbaxça" Cekoya əvəzləyici tapdı

15:13 - 24 Aprel 2025

Mövsümün sonunda Edin Ceko ilə yollarını ayırmağı planlaşdıran "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi "Başakşehir"də çıxış edən Kriştof Pyontekdir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" polşalı forvardı yayda heyətinə qatmağı planlaşdırır. Super Liqa nəhəngi 29 yaşlı hücumçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Kriştof Pyontek 2023-cü ilin yayından "Başakşehir"də çıxış edir. Polşa millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 30 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onin klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti