İkinci Liqa klubunun baş məşqçisinə 5 oyunluq cəza verildi

14:47 - 25 Aprel 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda 2-ci Liqanın 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Dinamo” – “Sheki City” oyununun 90+3-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Əlibala Ağayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” klubu 100 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Ağdaş” oyununun matçöncəsi iclasında “Ağdaş” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Ağdaş” klubu 80 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun cəzalı baş məşqçisi Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 oyun əlavə edilib.

“Şimal” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilib.

“Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir”in futbolçusu Elşad Mirzəyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şəmkir” klubu 80 manat cərimə edilib.

“Şimal” – “Şəmkir” oyunu bitdikdən sonra “Şəmkir” klubunun üzvləri tərəfindən paltardəyişmə otağının qapısı sındırıldığı üçün stadiona dəymiş zərər “Şəmkir” klubu tərəfindən ödəniləcək.

Xəbər xətti