"Trabzonspor"un U-19 komandası tarixi uğura imza atıb.
Sportal.az xəbər verir ki, Türkiyə təmsilçisi UEFA Gənclər Liqasında finala yüksəlib.
Qara Dəniz təmsilçisi yarımfinalda Avstriyanın "Zalzburq" klubu ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan "Trabzonspor" nüfüzlu turnirin finalına adını yazdırıb.
"Trabzonspor" finalda "AZ Alkmar" - "Barselona" cütünün qalibi ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi