Milli komanda fransız məşqçiyə həvalə oluna bilər

11:48 - 25 Aprel 2025

Qətər yığması fransız Kristof Qaltyeyə tapşırıla bilər.

Sportal.az “Foot Mercato”ya istinadən xəbər verir ki, Qətər Futbol Federasiyası “Əl-Duhail”in çalışdırıcısı ilə danışıqlara başlayıb. Federasiya Luis Qarsiyanın rəhbərlik etdiyi komandanın nəticələrindən razı qalmadığı üçün 58 yaşlı məşqçiyə təklif göndərib.

Qətər 2026-cı il dünya çempionatına vəsiqə qazanmaya bilər. Çünki milli öz qrupunda 4-cü pillədədir.

Xatırladaq ki, Qaltye 2023-cü ilin oktyabrında “Əl-Duhail”ə baş məşqçi təyin edilib. O, PSJ ilə Liqa 1 çempionluğunu qazanıb.

Xəbər xətti