"Mançester Yunayted"in müdafiəçisi üçün mövsüm erkən bitə bilər

16:56 - 25 Aprel 2025

"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Dioqo Dalo sıradan çıxıb. Komandanın baş məşqçisi Ruben Amorim məlumatı təsdiqləyib.

Portuqaliyalı futbolçu baldır əzələsindən zədələnib. 26 yaşlı sağ cinah müdafiəçisinin mövsümün qalan hissəsində iştirak edəcəyi gözlənilmir.

Qeyd edək ki, Dioqo Dalo bu mövsüm "Mançester Yunayted"in heyətində meydana çıxdığı 51 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti