Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki idmançısı medal qazanıb.
Kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Zelim Tçkayev Moldova təmsilçisi Petru Pelivanı ipponla məğlub edərək bürünc medal qazanıb. -90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev də bürünc medalın sahibi olub. İdmançımız fransalı rəqibi Aleksis Metyunu ipponla məğlub edib.
Qeyd edək ki, ilk iki gündə Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.
saytlarin hazirlanmasi