Türkiyə Super Liqasında 33-cü turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, doğma meydanda "Hatayspor"u qəbul edən "Beşiktaş" 5:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Hatayspor"un bu məğlubiyyətlə sona 5 tur qalmış 19 xalla aşağı liqaya düşəcəyi dəqiqləşib. Daha öncədən isə,"Adana Dəmirspor" aşağı liqaya vəsiqə qazanan ilk klub olub. "Beşiktaş" isə bu qələbə ilə 52 xalla 3-cü pilləyə yüksəlib.
Türkiyə Super Liqası
33-cü tur
"Beşiktaş" - "Hatayspor" 5:1
Qollar: C.İmmobile,36(pen), 52(pen), 59, Rafa Silva,53, K.Arroyo,78, - A.Parmak,20
saytlarin hazirlanmasi