"Finalda biz oynaya bilərik?" - "Selta"dan "Real"a ismarıc

00:22 - 26 Aprel 2025

Sabah “Real” İspaniya Kubokunun finalında “Barselona” ilə qarşılaşacaq. 

Sportal.az xəbər verir ki, final matçı öncəsi qalmaqal daha da böyüyüb. Baş hakim Rikardo de Burqos Benqoetxea mətbuat konfransında çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib.

“Selta” bütün bu qalmaqallar fonunda “Selta” klubu məsələni yumorla qarşılayıb. Klubun mətbuat xidməti sosial şəbəkələrdə İspaniya Kubokunun finalı üçün öz heyətini paylaşaraq aşağıdakı mesajı yayımlayıb:

“Biz oynaya bilərik?”

Bu paylaşım azarkeşlər arasında böyük maraq və gülüşlə qarşılanıb, “Selta”nın “Real"a ünvanladığı bu zarafat futbol ictimaiyyətində sürətlə yayılıb.

Xəbər xətti