Futbol üzrə Türkiyə Kubokunun final görüşünün keçiriləcəyi məkan dəyişdirilib.
Sportal.az xəbər verir ki, əvvəlcədən Eskişehirdə keçirilməsı planlaşdırılan matç Qaziantep şəhərində baş tutacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma Qaziantep Şəhər Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Qalatasaray"la "Trabzonspor" üz-üzə gələcək.
saytlarin hazirlanmasi