"Zirə"nin legioneri bu ölkədə simvolik heyətə daxil edildi 

17:20 - 26 Aprel 2025

"Zirə"nin legioneri Salifu Sumanın performansı ilə Qvineyada da diqqətləri özünə cəlb edə bilib.

Sportal.az “Joueurs Guineens” nəşri “Zirə”nin futbolçusunu xarici çempionatlarda çıxış edən yerli futbolçulardan ibarət turun simvolik heyətinə düşüb. 

Ötən turun nəticələrinə əsasən, ona 8.0 bal verilib və ilk “dördlük”də də yer alıb. 

Xatırladaq ki, Misli Premyer Liqasının 31-ci turunun “Sumqayıt”la oyununda Suma bir qol və bir məhsuldar ötürmə ilə yadda qalmışdı. 
 

Xəbər xətti