İtaliya A seriyası təmsilçisi “Kalyari” heyətini rusiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu klub yüksək liqadakı yerini qoruyub-saxlaya bilsə, “Dinamo”nun (Maxaçqala) hücumçusu Həmid Ağalarovu transfer etməyi planlaşdırır.
“Anji”nin yetirməsi olan Ağalarov özü də, İtaliyaya yollanmaq niyyətindədir.
O, “Ufa”, “Volqar”, “Axmat” klubları, həmçinin Rusiyanın U-21 yığmasında çıxış edib. Ağalarov 2024-cü il avqustun 21-dən “Dinamo”da çıxış edir və 2027-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.