Emreli ardıcıl 3-cü matçında qol vurdu, komandası heç-heçə etdi - VİDEO

00:18 - 27 Aprel 2025

Almaniyada futbol üzrə II Bundesliqanın 31-ci turu keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"  "Fortuna" (Düsseldorf) klubunun qonağı olub. Matç 3:3 hesabı ilə yekunlaşıb. Emreli oyuna start heyətində başlayıb və 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub. Mahir 87-ci dəqiqədə əvəzlənib.

Hazırda Mahirin aktivində cari çempionat mövsümündə 20 matçda 7 qol var. O, artıq ardıcıl üçüncü matçda fərqlənir.

Hazırkı vəziyyətə görə, "Nürnberq" 45 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti