Millimizin üzvü meydanda oldu, komandası uduzdu

09:34 - 27 Aprel 2025

Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi "Çernomorets" "Rux"u qəbul edib. 

Mustafayevin komandası bu görüşdə 1:2 uduzub. Meydana start heyətində çıxan Emil sona qədər oynayıb.

Odessa təmsilçisi 18 xalla 16 komanda arasında 15-ci pilləni tutur. 

Xəbər xətti