"Fənərbaxça" 5 dəqiqəyə 3 qol vuraraq vacib qələbə qazandı - VİDEO

22:52 - 26 Aprel 2025

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Qaziantep"in qonağı olan "Fənərbaxça" ilk hissədə 0:1 hesabı ilə geri düşməsinə baxmayaraq, 2-ci hissədə 5 dəqiqə ərzində 3 qol vuraraq vacib qələbə qazanıb.

Qeyd edək ki, bu matçdan sonra "Fənərbaxça" lider "Qalatasaray"la olan xal fərqini 2-yə endirib. Lakin, "Qalatasaray" bu turdakı "Eyüpspor" matçını sabah keçirəcək.

Türkiyə Super Liqası

33-cü tur

"Qaziantep" - "Fənərbaxça" 1:3

Qollar: A.Maksim,13, - Talişka,68, E.Ceko,69, Fred,72

Xəbər xətti