"Trabzonspor"un hücumçusu Səudiyyə Ərəbistanı klubuna doğru

14:57 - 26 Aprel 2025

"Trabzonspor"da çıxış edən Simon Banza Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçuya həmin ölkənin klublarından təklif var.

Xüsusən də, "Əl-Qadsiya" Banza üçün hərəkətə keçib. Onlar konqolu forvard üçün "Braqa"ya təklif göndərib.

Konqo millisinin üzvü “Bezye”, “Lans”(hər ikisi Fransa), “Tetus Petanj”(Lüksemburq), “Famalikao”(Portuqaliya) klublarında oynayıb.

O, mövsümün sonunda “Braqa”ya qayıtmalıdır.
 

Xəbər xətti