“İnter”in hücumçusu Markus Türam Çempionlar Liqasının yarımfinalında aprelin 30-da "Barselona"ya qarşı keçiriləcək ilk oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, futbolçu daha əvvəl əzələsindən zədə almışdı.
Onun Kataloniya klubu ilə görüşə qədər sağalmağa vaxtı olmayacaq. Fransalı həm də mayın 3-də A Seriyasının 35-ci turunda "Verona" ilə görüşü buraxmaq riskini daşıyır.
Forvardın Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona”ya qarşı mayın 6-da keçiriləcək cavab görüşündə meydanda olacağı gözlənilir.
saytlarin hazirlanmasi