Daha öncə qeyd etdiyimiz kimi, "Qarabağ" Premyer Liqanın 32-ci turunda "Sabah"la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Bu gün hər iki tərəfin ifasında kəskin hücumlar şəraitində keçən oyunun şahidi olduq. Bərabər səviyyədə oyun oldu. Biz bu gün bir xala layiq idik.
- Kubokun finalında da "Qarabağ"la qarşılaşacaqsız. Müəyyən qeydlər apardınız?
-Təbii ki, etdik. Kubokun finalı bir oyundan ibarətdir, hər şey baş verə bilər. Amma biz "Qarabağ"ı finalda favorit hesab edirik. Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan. Rəqiblər barədə müəyyən qeydlərin olur.
- Finalda "Qarabağ"ı udacaq gücdə hesab edirsiz özünüzü?
- Əlbəttə. Bundan qabaqkı sualda bu haqda danışdım. Finaldır, hər şey ola bilər. Bəli, "Qarabağ" favoritdir. Amma biz güclü tərəflərimizi bilirik. Hər şeyi edəcəyik ki, kuboku qazanaq.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, postunuzda qalacaqsız, yoxsa gedəcəksiz?
- Bu qədər gələcəklə bağlı heç nə deyə bilmərəm. Bu barədə klubun rəhbərliyi ilə mənimlə birlikdə qərar verəcək.
Mirbağırağa
saytlarin hazirlanmasi