"Real" rəhbərliyi alman baş məşqçi ilə 2 dəfə əlaqə saxlayıb - yay planları haqqında məlumat üçün

00:32 - 28 Aprel 2025

"Real" Yurgen Klopp ilə klubda işləmək məsələsi barədə əlaqə saxlayıb. Daha öncə qeyd etdyimiz kimi, Karlo Ançelotti klublararası dünya çempionatından əvvəl Madrid klubunun baş məşqçi postunu tərk edə bilər.

Sportal.az xəbər verir ki, "Marca"nın məlumatına görə, "Real" Ançelotti ilə bağlı vəziyyət fonunda Kloppun yay planları haqqında məlumat almaq üçün "Liverpul"un sabiq baş məşqçisi ilə iki dəfə əlaqə yaradıb. Hazırda Yurgen "Red Bull"un futbol departamentinin rəhbəri vəzifəsini icra edir.

"Real"ı Kloppda onun yüksək səviyyədə təcrübəsi, taktiki hazırlıq səviyyəsi və ulduz futbolçularla işləmək bacarığı cəlb edir.

Xəbər xətti